Jaguar şirkətinin rəhbərliyi F-Type kupesinin ortamühərrikli modifikasiyasının hazırlanması barədə düşünür. Bu barədə “Road&Track” dərgisinə məlumatı britaniyalı istehsalçının şef-dizayneri Yan Kallum vermşdir. Əlbəttə ki, belə quruluş dəyişikliyini yalnız avtomobilin növbəti nəslinin hazırlanması zamanı aparmaq mümkündür.
“Biz artıq növbəti nəsil F-Type modelinin necə olacağı – ortamühərrikli və ya önmühərrikli, - barədə müzakirələr aparmışıq. Lakin, bu mələsələ barədə qərar qəbul edilməmişdir. Biz, hətta, dizaynerlər komandasının daxilində belə ortaq məxrəcə gələ bilmirik. Bununla belə, mən tam əmin deyiləm ki, Jaguar avtomobili mütləq uzun kapota malik olmalıdır”, - deyən Kallum açıqlama vermişdir. Şef-dizayner F-Type modelinin ilk nəslini hazırlayan zaman ortamühərrikli prototipin yaradıldığını, lakin onun istehsala getmədiyini də qeyd etmişdir.
Kallum həmçinin, digər quruluşlu kupenin buraxılmasına məneələrin olmadığını da bildirmişdir. O, Jaguar şirkətinin idman avtomobilləri istehsalçısı olduğunu xüsusi ilə vurğulamışdır. Hazırda Jaguar F-Type kupesi yalnız öndə yerləşdirilmiş mühərriklə istehsal edilir.
Kupe iki mühərriklə - V6 və V8 güc aqreqatları ilə təchiz edilir. Bu mühərriklərin gücü 340,380,550 və 575 at qüvvəsi təşkil edir. Avtomobilin top F-Type SVR modifikasiyası 100 km/saat sürətinə 3,7 saniyəyə sürətlənir və 322 km/saat maksimal sürətə malikdir.