Bu gün Kia şirkəti Cənubi Koreyada K5, bizim bazarda isə Optima adı ilə məşhur olan modelin növbəti nəslinin ilk tizerlərini dərc edib. Tizerlərdən də göründüyü kimi, Kia Optima modelinin növbətini nəslinin eksteryer və interyer dizaynı cari modeldən ciddi şəkildə fərqlənəcəkdir.
İlk növbədə, sedanın kəskin şəkildə enən dam xəttinə malik olan dinamik silueti və “Z” hərfi şəklində gündüz hərəkət işıqlarına malik olan qeyri-adi ön işıq texnikası diqqəti çəkir. Böyük ehtilmalla, bu fənərlərdə orijinal xətlərə sahib olan yeni nəsil Hyundai Sonata modelində istifadə edilən texnologiya tətbiq ediləcəkdir.
Arxa hissədə isə kuzovboyu uzanan işıqdiodlarından bötüv zolağı, çıxıntılı xrom tərtibatı və kuzovun yan tərəflərinin qeyri-adi plastikasını görmək olar. Qapı dəstəklərinin olmaması isə onların seriya modelində tətbiq edilməyəci anlamına gəlmir – çox güman ki, qarşımızdakı reallığa şərti şəkildə yaxın olan dizayner eskizləridir.
Eyni zamanda, eskizlərin arasında interyerin də təsviri mövcuddur. Burada tam rəgəmsal cihazlar panelini, multimedia sisteminin başqa formalı displeyini və minimalizm ruhunda dizayn edilmiş mərkəzi konsolu görmək olar. Bundan başqa, ötürmələr qutusunun iri dəstəryinin şayba formalı selektro ilə əvəzləndiyi diqqəti çəkir. Yeni sedanın debüt tarixi açıqlanmasa da, tizerlərin dərc edilməsi ilə başlanmış kampaniya bu tarixin yaxın olduğuna işarə edir.