KİA Rio medilinin növbəti nəslinin "qaynar" GT modifikasiyasını gücləndirilmiş üç silinditli üfürməli mühərriklə təchiz edə bilərlər. Bu barədə məlumatı, Cənubi Koreya istehsalçısının baş mühəndisi Albert Birmanna istinadən "Auto Express" nəşri yaymışdır.
"Bizim əla üç silindirli turbomühərrikimiz mövcuddur. Mən bu mühərrikdən çox xoşlanıram. Hərdən o mənə, öz səsi və vibrasiyası ilə, altı silindirli mühərriki xatırladır. Mən belə mühərriki olan dəlisov avtomobil yaratmaq istərdim", - deyən Birmann məsələyə aydınlıq gətirmişdir. Alman mühəndisin sözlərinə görə, KİA Rio "maraqlı yığcam idman avtomobili üçün yaxşı əsas" olacaqdır. Rio modelinin yeni nəslinin gələn il işıq üzü görəcəyi gözlənilir. Bununla belə, avtomobilin "qaynar" GT modifikasiyasının 2020-ci ilə yaxın təqdim ediləcəyi məlumdur.
Üç silindirli turbomühərrikin KİA Rio GT modeli ilə yanaşı Hyundai i20 modelinin " qaynar" variantının da kapotunun altında yerləşdiriləcəkdir. Sirr deyildir ki, növbəti nəsil Rio və i20 modelləri eyni platformanı bölüşəcəkdirlər.
KİA şirkətinin növbəti nəsil Rio modelinin "qaynar" variantının hazırlaması barədə məlumat bu ilin əvvəlində peyda olmuşdur. O zaman, yığcam hetçbekin 180 at qüvvəli 1,6-litrlik "turbodördlüklə" təchiz ediləcəyi ehtimal olunurdu.