Mazda6 sedanının yeni nəslinin təqdimatı bu ay işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir. Yeni sedan Çazda CX-9 krossoverində debüt edən 2,5-litrlik turbomühərriklə təchiz ediləcəkdir.
Adı çəkilən güc aqreqatı 231 at qüvvəsinə və 420 Nm fırlanma anına malikdir. Növbəti nəsil Mazda6 modelinin mühərrik qammasına SkyActive-G ailəsindən olan atmosfer tipli 2,5-litrlik mühərrik də daxil ediləcəkdir. Bu mühərrik gücə tələbat olmadığı zamanı iki silindrlin söndürülməsi sistemi ilə təchiz edilir. Bu sistem yanacaq sərfiyyatına ciddi şəkildə təsir göstərəcəkdir.
Modelin dizaynı dəyişəcək, onun interyerinin tərtibatında isə yapon göyrüşündən istifadə ediləcəkdir. Yeni sedan həmçinin, tərkibinə adaptiv kruiz-kontrol və dairəvi müşahidə sistemləri də daxil olan genişləndirilmiş elektron köməkçilər siyahısına malik olacaqdır. Yeni nəsil Mazda6 sedanının təqdimat mərasii 29 noyabr tarixinə planlaşdırılıb.