Bu gün Mercedes-Benz şirkəti gələn il satışa çıxacaq növbəti nəsil A-Class modelinin interyerinin fotoşəkillərini dərc edib.
Dərc edilmiş fotoşəkillərdən də göründüyü kimi, yığcam avtomobil alman istehsalçısının daha bahalı modellərinin üslubunda hazırlanan ön panelə sahib olub. Bunlara misal olaraq, cihazlar panelinin və multimedia sisteminin bütov şəklində birləşdirilmiş displeylərini göstərmək olar. Mercedes-Benz A-Class modelinin ən bahalı modifikasiyaları iki 10,25-düymlük displeyə malik olacaqdırlar. Qeyd etmək gərəkdir ki, müasir E-Class modelində olduğundan fərqli olaraq, A-Class hetçbekində bu displeylər tamamilə ön panelə daxil edilməyib, əksinə onun üzərində quraşdırılıb.
A-Class modeli standart olaraq 7-düymlük displeylərlə təchiz ediləcəkdir. Avtomobilin orta təchizatlı modifikasiyaları isə, cihazlar panelinin 7-düymlük, multimedia sisteminin 10,25-düymlük displeyləri ilə təklif ediləcəkdir. Bundan əlavə, sarı və mavi rənglər işıqdiodlarından hazırlanmış işıqlandırmanın 12 rəng çeşidindən biridir. Eyni zamanda, hetçbekin salonunda S-Class modelindən tanış olan sükan çarxını da görmək olar. Üstəlik, bahalı modifikasiyalarda quraşdırılacaq multikonturlu ön oturacaqlar pnevmokameralara, havalandırma və massaj funksiyasına malik olacaqdırlar.
Daha bir sensorlu panel əvvəlki şaybanı əvəz edib
Yeni yığam hetçbekin təchizatına üç növ ön oturacaqlar daxil ediləcəkdirlər. Avtomobilin arxa oturacaqları standart olaraq 60:40 nisbətində bölünəcəkdir. Əlavə ödəniş etməklə bu nisbəti 40:20:40 nisbətinə də dəyişmək olar. Yeni nəsil A-Class modelinin baqaj həcmi sələfinə nisbətən 29 litr (370 litr) tutumlu olacaqdır. Baqaj bölümünün yükləmə hissəsi də 20 santimetr genişlənibdir.
İstehsalçı yeni A-Class modelinin sələfindən daha geniş olduğunu bildirib. Belə ki, hetçbekin salonu dirsəklər səviyyəsində 35-36 millimter genişlənib. Baş üzərindəki məkan isə 7-8 millimter artıb. Sürcünün görmə zonası da yaxşılaşdırılıb. Ön panelin yeni arxitekturası, daha nazik ön dayaqlar və yeni güzgülər sürücünün görünüş zonasını 10% artırıb.
Mercedes-Benz A-Class ailəsi MFA modul platformasında inşa ediləcəkdir. Modelin mühərrik çeşidinə 1,2- və 1,4-litrlik mühərriklər daxil ediləcəkdir. Bu mühərriklər Renault-Nissan ittifaqı ilə birlikdə hazırlanacaqdır. Modelin rəsmi təqdimatı 2018-ci ilə planlaşdırılıb. Hetçbekin satışları başladıqdan bir müddət sonra sonra, yeni A-Class sedan kuzovu ilə də təklif ediləcəkdir.