Mercedes-Benz şirkəti davamlı olaraq diqqəti yaxın zamanlarda debüt edəək GLA krossoverinin ikinci nəslinə yönəltmək istəyir. Bu gün alman istehsalçısı yeni modelin eskizini dərc edib.
Alman istehsalçısı GLA modelinin əvvəlki siluetini qoruyub-saxlasa da, nisbətlərini dəyişəcəyini də bildirib. Əsas məqsəd Mercedes-Benz GLA modelinin hündür hetçbekə deyil, əsl krossoverə bənzəməsini təmin etməkdir. Bunu dərc edilmiş tizerdən də görmək olar.
Mercedes-Benz GLA krossoverinin ikinci nəsli MFA2 platformasında inşa edilib. Modelin mühərrik çeşidinə 163 at qüvvəli 1,33-litrlik və 190 və 224 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikləri, həmçinin 95 və 116 at qüvvəli 1,5-litrlik və 150 və 190 at qüvvəli 2,0-litrlik dizel aqreqatları daxil olacaqdır.
GLA modelinin növbəti nəsli cari modelə nisbətən 10 santimetr artmalıdır. Bu artımın bir hissəsi sərnişinlərin başı üzərindəki məkanın genişləndirilməsinə, digər hissəsi isə klirensin artırılmasına yönəldiləcəkdir. Bundan başqa, arxa sərnişinlərin ayaq zonasında da məkanın genişlənəcəyi bildirilib. Qeyd etmək lazımdır ki, GLA modelinin uzunluğu ciddi artmasa da, genişlənmənin təkər bazasının artırılması hesabına olacağı bildirilib. Başqa bir məlumata görə, əksinə krossoverin uzunluğu 15 mm qısalacaqdır ki, bu da avtomobilin çıxışlarını qısalmasından və həndəsi keçimliyinin yaxşılaşmasından xəbər verir.