Toyota şirkətinin Crown modelinin yeni nəslini hazırladığı barədə dəfələrlə məlumat vermişik. Artıq bu məlumat öz təsdiqini də tapıb - bu gün İnternet şəbəkəsində yeni Crown modelinin patent təsvirləri peyda olub. Görünən odur ki, bazardakı trendləri nəzərə alan yapon istehsalçısı yeni “Tacına” hündür klirensli krossover cizgilərini vermək qərarına gəlib.

Yapon kütləvi informasıya vasitələrinin əldə etdiyi məlumata görə, S235 indeksli modelin debütü 15 iyul 2022-ci il tarixində baş tutmalıdır. Gələcəkdə Crown ailəsinə kross-universal və hətta hetçbek (!) kuzovlu versiya da qoşulacaqdır.

Əgər şəbəkəyə sızdırılmış təsvirlər həqiqəti əks etdirirsə, o zaman, Toyota Crown modelinin 16-cı nəsli “birləşdirilmiş” optikaya, iri radiator barmaqlığına, perimetr boyunca uzanan plastikdən müdafiə qurşağına və qapılardakı moldinqlərə sahib olacaqdır. Böyük ehtimalla, modelin əsasını Crown S220 modelinin inşa edildiyi TNGA-L platforması təşkil edəcəkdir. Lakin qənaət naminə, modelin köndələn yerləşən mühərriki olan ön ötürməli TNGA GA-K platformasına keçməsi də istisna olunmur.

Yeni nəsil Crown modelinin mühərrik çeşidi barədə təsdiqlənmiş məlumat yoxdur. Yapon “Best Car” nəşri Crown modelinin hibrid güc qurğusu il təchiz ediləcəyini bildirib. Bu qurğunun tərkibinə elektrik mühərriki ilə yanaşı, 226 at qüvvəli 2,5-litrlik dördsilindrli mühərrik və ya 2,4-litrlik turbomühərrik daxil ola bilər.

Yapon KİV-lərinin bildridiyinə görə,yeni Toyota Crown modelinin uzunluğu 4930 millimetr təşkil edəcəkdir ki, bu da BMW X6 modelində olduğundan cəmi beş millimetr qısadır. Bununla belə, yapon sedanı bir qədər ensız və alçaq olacaqdır - müvafiq 1840 və 1540 millimetr

Qeyd etmək gərəkdir ki, Toyota Crown modeli 1955-ci ildən buraxılır və avtomobillər arasında ən uzunömürlü model sayılır. S220 indeksli aktual Versiya 2018-ci ildə debüt edib və 2020-ci ildə yüngül restaylinqdən keçib. Artıq model 16-cı dəfə nəsil dəyişdirməyə hazırdır. Bu, onu daha rəqabətcil etməli və son zamanlar heç də ürəkaçan olmayan satışları artırmağa kömək etməlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.