Yeni nəsil Toyota Land Cruiser modelinin təqdimat tarixi ilə bağlı mübahisələr davam edir. Son bir il ərzində müxtəlif fərziyyələr səsləndirilib, lakin son vaxtlara qədər ofrouderin 2021-ci ilin aprelində debüt ediləcəyi hesab olunurdu. Bu gün CarAdvice nəşri qeyri-rəsmi olaraq Land Cruiser 300 adlandırılan modelin avqust ayına qədər təqdim edilməyəcəyini və bu səbəbdən də yeni modeli altı ay daha çox gözləməli olacağımızı bildirir. Bu arada Toyota şirkəti hələ də yeni modelin təqdimatı ilə bağlı şayiələrə münasibət bildirmir.
İlkin məlumatlara görə, yeni Land Cruiser ramasını itirəcək və TNGA arxitekturasına əsaslanacaqdır. Bundan əvvəl avtomobilin ölçüləri barədə detallar ortaya çıxıb: onun uzunluğu 20 millimetr artaraq 4970 millimetrə, eni beş millimetrə qədər artaraq 1985 millimetrə qədər çatacaqdır. Eyni zamanda avtomobilin hündürlüyü 10 millimetr azalaraq 1870 millimetrə bərabər olacaqdir. Land Cruiser 300 modelinin oxları arasındakı məsafə 2900 millimetr olacaq ki, bu da mövcud modeldə olduğundan 50 millimetr çoxdur.
Dəyişikliklər ofrouderin mühərrik çeşidinə də təsir göstərəcəkdir: köhnəlmiş 4.6-litrlik V8 mühərriki 415 at qüvvəli 3,5-litrlik altısilindrli V35A-FTS biturbo mühərriki ilə əvəzlənəcəkdir. Alternativ olaraq, 3.3-litrlik dizel mühərriki də təklif ediləcəkdir. Bundan əlavə, Land Cruiser 300 modeli üçün tərkibinə 3,5-litrlik benzin aqreqatının və bir elektrik mühərrikinin daxil olduğu hibrid güc qurğusu ilə də təchiz ediləcəkdir. Hibrid aqreqatın ümumi gücü təxminən 480 at qüvvəsi olacaqdır. Nəsil dəyişikliyi ilə ofrouder 500 min yen bahalaşacaqdır.
Yeni Land Cruiser modelinin debütü 2020-ci ilin əvvəlində gözlənilirdi, lakin sonradan təqdimat tarixi payıza, daha sonra isə 2021-ci ilin aprelinə qədər təxirə salınıb. Yeni təqdimat tarixi isə 1 avqust hesab edilir. Hələlik jurnaslitslər Land Cruiser modelinin təqdimatı barədə mülahizə yürütməyə davam edirlər. Toyota şirkəti isə, öz növbəsində, ofrouderin kamuflyajlı prototipini Yaponiyada sınaqdan çıxarır.