Novitec atelyesi Ferrari və Lamborghini superkarları üçün hazırladığı tüninq dəstləri ilə məşhurlaşıb. Bu günlərdə tuner Ferrari 812 Superfast modeli üçün hazırladığı tüninq proqramını təqdim edib. Hazırda alman atelyesi avtomobilin yalnız xarici görünüşünü təkmilləşdirməyi təklif edir.
Superkarın yeni kuzov dəstinə aerodinamik borudan istifadə edilərək hazırlanmış karbon elementlər daxil edilib. Eyni zamanda, 812 Superfast klirensi 35 millimetr azaldan yeni yaylara və “uzanmış polisləri” keçmək üçün kuzovun ön hissəsini 40 millimetr qaldıran sistemə sahib olub.
Bundan başqa, sportkar üçün standart səsboğucu sistemdən 11 kiloqram yüngül olan inkoneldən hazırlanmış idman buraxılışını, poladdan hazırlanmış 110-millimetrlik çıxış borularını və buraxılış sisteminin səs intensivliyini məsafədən dəyişən sistemi hazırlayıblar. Təkmilləşdirilmiş superkar öndə 21, arxada isə 22 düymlük Vossen disklərinə, müvafiq olaraq 275/30 və 335/25 ölçülü Pirelli P-Zero şinlərinə sahib olub.
Ferrari 812 Superfast modeli 800 at qüvvəsi hasil edən 6,5-litrlik 12 silindrli atmosfer mühərriki və iki muftalı robotlaşdırılmış transmissiya ilə təchiz olunur. Superkar 100 km/saat həddini 2,9 saniyəyə toplayır və 340 km/saat maksimal sürət həddinə malikdir.