Bu yaxınlarda Aımaniyada yerləşən Novitec atelyesinin hazırladığı Maserati Levante krossoveri haqqında məlumat vermişdirk. Bu günlərdə alman tüninq ustaları italyan krossoverinin daha bir variantını hazırlamışdırlar. Maserati Levante Esteso adını almış avtomobil daha çox yenilikləri əldə etmişdir.
Əvvəlki layihədən fərqli olaraq, Esteso daha geniş ölçüləri ilə seçilən aerodinamik kuzov dəstinə sahiblənmişdir. Bu dəst sayəsində avtomobil daha enli görünür. Qeyd etmək lazımdır ki, tərkibinə ön və arxa spoyler, arxa diffuzor və yan «ətəklər» daxil olan aerodinamik kuzov dəstinin bütün parçaları karbondan hazırlanır.
Bundan başqa, Novitec mütəxəssisləri avtomobilin klirensini 25 millimetr aşağı salmağı, öndə 265/35, arxada 295/30 təkərləri olan 22-düymlük disklərini, daha güclü səsə malik olan və salondakı düymə ilə səsi tənzimlənə bilən buraxılış sistemini quraşdırmağı təklif edirlər. Eyni zamanda, Levante modelinin kuzovu xüsusi tutqun rəngə boyanmışdır.
Krossoverin 3,0-litrlik mühərrikinin gücü 430-dan 494 at qüvvəsinə qədər artılmışdır. Artmış güc sayəsində Levante 100 km/saat sürətini 4,8 saniyəyə toplayır ki, bu da standart variantda olduğundan 0,4 saniyə yeyindir. Krossoverin maksimal sürəti də 264-dən 272 km/saata qədər artırılmışdır.
Dizel güc aqreqatı ilə təchiz edilmiş krossover artıq 275 deyil, 322 at qüvvəsinə malikdir. Eyni zamanda, mühərrikin fırlanma anı 80 Nm artaraq 680 Nm-ə bərabər olmuşdur. Dizel mühərrikli Maserati Levante 100 km/saat həddinə 6,2 saniyə sürətlənir ki, bu da standart krossoverdə olduğundan 0,7 saniyə yeyindir.