Ferrari, Maserati və Lamborghini superkarlarının tüninqi ilə məşğul olan Novitec atelyesi McLaren superkarı üçün tüninq proqramını təqdim etmişdir. Şirkət McLaren 570S sportkarı üçün karbondan hazırlanmış aerodinamik dəsti, fima təkər diskləri xəttini, həmçinin asma və güc aqreqatının təkmilləşdirilməsi üzrə işləri hazırlamışdır.

Bildiyimiz kimi, McLaren 570S modeli 570 at qüvvəsi gücü olan 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Standart kupe 100 km/saat sürətini 3,2 saniyəyə toplayır və 328 km/saat maksimal sürətə malikdir.. Bu model üçün tüninq atelyesi güc aqreqatının təkmilləşdirilməsinin üç variantını təklif edir ki, bunlardan da ən yüksək məhsuldarlığı olan 646 at qüvvəli variantdır. Təkmilləşdirilmiş kupe 100 km/saat sürətini 3,0 nayiyəyə toplayır. Novitec tərəfindən hazırlanmış kupenin maksimal sürəti 335 km/saata bərabərdir. Bundan başqa, superkar üçün yeni buraxılış sistemi də hazırlanmışdırş Bu sistemin istehsalında Formula 1 bolidlərində tətbiq edilən polad və inokel qarışığından istifadə edilmişdir. Avtomobil 30 millimetr aşağı salınmış asmaya, 20 (öndə) və 21-düymülk (arxada) təkər disklərinə və alkantara ilə örtülmüş salona malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt