Novitec atelyesi Ferrari Roma modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Yeni proqram modelin gizli imkanlarını üzə çıxarmalıdır. Belə ki, mühərrikin yeni idarəetmə blokunun köməyi ilə, 3,9-litrlik V8 biturbo mühərrikinin gücü 704 at qüvvəsinə qədər artırılıb.

Bununla birlikdə, almanlar superkarın buraxılış sistemini və asqısını da yeniləyiblər. Üstəlik, onlar kupeni Vossen firmasının təkər diskləri və karbonplastikdən hazərılanmış aerodinamik kuzov dəsti ilə təchiz ediblər. Alman tüner əlavə ödəniş qarşılığınıda avtomobilin interyerini müştərinin arzu və tələblərinə uyğun olaraq yenidən tərtib etməyə hazırdır.

Ferrari Roma modelinin güc aqreqatının hasilatını 704 at qüvvəsi və 882 Nm-ə qədər artırmaq üçün buraxılış magistralının (katalizatorsuz borular, Tectronic yanıldıcısı, orta Y-pipe hissəsi və tənizmlənən çəpərcikləri olan səsboğucu) tam dəyişdirilməsi və Novitec N-Tronic köməkçi blokunun quraşdırılması tələb olunur.

Bundan sonra italyan kupesi 100 km/saat həddini 3,2 saniyəyə toplayır ki, bu da standart kupedə olduğundan 0,2 saniyə yeyindir. Dəyişiklər sayəsində Ferrari Roma modelinin maksimal sürəti 5 km/saat artaraq 325 km/saata bərabər olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Novitec atelyesi Ferrari Roma kupesinin sahiblərinə qısa yaylar (o cümlədən ön tərəfin hündürlüyünü hidravlika ilə tənzimlənməsi) dəstini, təkərlərin alüminium əlavələrini və titandan boltları  təklif edir. Öndə 21, arxada isə 22 düymlük ölçüləri olan təkər diskləri Vossen firması tərəfindən çatdırılır. Bundan başqa, atelyenin kataloqunda karbonplastikdən hazırlanmış aerodinamik kuzov dəsti də var: dəstin tərkibində ön və arxa spoylerlər, diffuzor, “üzgəclər” və kandar örtmələri də var.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.