Alman tüninq atelyesi Novitec Rosso Ferrari F12berlinetta sportkarı üçün nəzərdə tutduğu N-Largo S adlı proqramı təqdim etmişdir. Bu proqram, avtomobili yeni karbondan hazırlanmış aerodinamik kuzov dəsti və daha güclü mühərriklə təchiz etməyi təklif edir. İtalyan idman kupesi üçün təklif edilən aerodinamik kuzov dəstinin tərkibinə karbondan hazırlanmış bamperlər, yan kandarlar, avtomobilin damında quraşdırılmış spoyler, arxa görüntü güzgülərinin korpusları və arxa antiqanad daxildir.

Kupe həmçinin genişləndirilmiş təkər tağları, içərisi tündləşdirilmiş ön işıq texnikası və arxa fənərlərlə də təchiz edilir. Alman mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş kupe Pirelli P Zero təkərləri geyindirilmiş öndə 21, arxada isə 22 düymlük təkər diskləri ilə də komplektləşdirilir. Superkarın klirensi 40 millimetr azaldılmışdır. Bununla bərabər, tüner ön tərəfin klirensini 80 millimetr artıra bilən pnevmatik sistemin də quraşdırmasını təklif edir. Belə sistem parklanma və ya «uzanmış polisləri» keçmək zamanı yardıma edə bilər.

Novitec Rosso tərəfindən hazırlanmış F12berlinetta modelinin 6,3-litrlik V12 mühərrikinin gücü 781 at qüvvəsi, fırlanma anı isə 721 Nm təşkil edir. Bu mühərrikin standart variantı 740 at qüvvəsinə və 690 Nm fırlanma anına malikdir.

Güc aqreqatı iki muftalı yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Mühərrikin göstəricilərinin artırılmasına yeni proqram təminatının və idman buraxılış sisteminin quraşdırılması sayəsində nail olunmuşdur. 

Ferrari F12berlinetta N-Largo S 100 km/saat həddini 3,0 saniyəyə toplayır ki, bu da adi kupedə olduöundan 0,1 saniyə yeyindir. Tüninqdən keçmiş modelin maksimal sürəti 350 km/saat təşkil edir ki, bu da əvvəlkindən 10 km/saat çoxdur. 

Novitec Rosso atelyesi cəmi 11 ədəd Ferrari F12berlinetta N-Largo S hazırlmaq niyyətindədir. İtalyan superkarının təkmilləşdirilməsi işlərinin hansı qiymətə başa gələcəyi alman tüner tərəfindən açıqlanmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt