Alman tüninq atelyesi olan Novitec Rosso rəsmi olaraq Ferrari 488 GTB superkarı üçüm nəzərdə tutulmuş təkmilləşdirmə proqramını təqdim etmişdir. Avtomobil çoxsaylı eksklyuziv elementləri və gücü 772 at qüvvəsinə qədər artırılmış mühərrik əldə etmişdir. Alman mütəxəssilərinin qonağı olmuş Ferrari 488 GTB superkarına yerindən 100 kilometr-saat həddinə sürətlənmək üçün cəmi 2,8 saniyə vaxt tələb olunur.

Xatırladaq ki, sportkar 661 at qüvvəsi gücü və 760 Nm fırlanma anı olan 3,9-litrlik iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir.  Güc aqreqatı iki muftalı 7 pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Ferrari 488 GTB yerindən 100 km/saat həddinə sürətlənməyə 3,0 saniyə, 200 km/saat həddinə isə 8,7 saniyə sərf edir. Sportkarın maksimal sürəti 325 km/saat təşkil edir. 

Novitec Rosso atelyasinin mütəxəssislərinin müdaxiləsindən sonra mühərrikin gücü 772 at qüvvəsinə, fırlanma anı isə 892 Nm-ə qədər artmışdır. Beləliklə, superkar əlavə 111 at qüvvəsi və 132 Nm əldə etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Ferrari 488 GTB by Novitec Rosso 100 km/saat həddinə 2,8 saniyəyə çatır. Superkarın maksimal sürəti isə 342 km/saat təşkil edir.

Mühərrikin gücünün artırılmasına çiləmə sisteminin təkmilləşdirilməsi və ufurmənin təzyiqinə elektron nəzarət sisteminin yenidən işlənməsi sayəsində nail olunmuşdur. Bundan başqa, avtomobil yeni buraxılış sistemi ilə təchiz edilmişdir ki, bu sistem sayəsində mühərrikin səsi tamamilə dəyişmişdir.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, bütün bu dəyişikliklərdən sonra, güc aqreqatı sürət qutusunun pilləsindən aslı olmayaq istənilən dövrlərdə maksimal effektliyə malikdir.

Eyni zamanda, atelye mütəxəssisləri Ferrari 488 GTB superkarını bir çox parçaları karbondan hazırlanmış kuzovun aerodinamik dəsti ilə təchiz etmişdirlər. Avtomobilin işıq texnikasi yüngül səviyyədə tündləşdirilmiş, yeni asqı sistemi sayəsində klirensi azaldılmışdır. Bütün bu möhtəşəmliyi 22-düymlük təkər diskləri yekunlaşdırır. Opsional olaraq 22-düymlük disklər də təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt