Nürburqrinqdə bu gün keçiriləcək ikinci yarışın start düzülüşünü təyin edəcək təsnifat sessiyası başa çatıb. Qüvvədə olan dünya çempionu Makro Vittmann dövrəni 1.20,936 zamanla qət edərək poul-pozişna sahib olub.

Sıralama turları sonuncu sərbəst yürüşlərdə olduğu kimi, sıralamalar da quru hava şəraitində keçib. Poul uğrunda mübarizə əsasən BMW və Mercedes-Benz komandalarının pilotları arasında gedib. Sessiyanın bitməsinə az qalmış ilk sıraya yerləşən Pol di Restanı (Mercedes-Benz) Marko Vittmann birincilikdən edib. Beləliklə, Vittmann və di Resta ardınca, ikinci cərgədən Robet Uikkenz və Lukas Auer (hır ikisi Mercedes-Benz) start götürəcəklər. Üçüncü cərgəni Bavariya təmsilçiləri Tom Blomkvist və Timo Qlok zəbt ediblər. Yarışı dördüncü cərgədən Auqusto Farfus (BMW) və Qəri Paffett (Mercedes-Benz) başlayacaqdırlar. Onları Bruno Spenqler (BMW) və Edoardo Mortara (Mercedes-Benz)  təqib edəcəkdirlər.

Gördüyünüz kimi, Audi pilotlarından ilk onluğa düşən olmayıb. On ikinci nəticəni göstərmiş Maxim Marten istisna olmaqla, arxa cərgə tamamilə İnqolştat təmsilçilərindən ibarətdir. Audi pilotlarının arasında ən yaxşı nəticəyə imza atan pilot Ceymi Qrin olub. O, 11-ci yerdən start alacaqdır. Güman edirəm ki, xəbərləri izləyənlər qələbə uğrunda mübarizənin BMW və Mercedes-Benz pilotları arasında gedəcəyindən əmindirlər. Audi RS5 DTM avtomobillərində çıxış edən pilotların qalib gəlməsi üçün möcüzəyə ehtiyac olduğunu düşünə bilərsiniz.

DTM yarışlarının gözəlliyi də, onların hər zaman möcüzələr açıq olmasındadır.