Bu gün Nürburqrinqdə keçirilən ilk təsnifat mərhələsinin qalibi Mercedes-Benz komandasının gənc pilotu Lukas Auer olub. Avsrtiyalı 1.25,968 zamanı sessiyanın vaxtı bitdikdən sonra atdığı dövrədə göstərib.

Şənbə günü səhər baş tutan ikinci sərbəst yürüşləri yağmurlu hava şəraitində keçirilmişdir. Təsnifat sessiyası başlanğıcında asfalt yaş olsa da, sessiyanın ortalarında trek tədricən qurumağa başlayıbdir. Poul-pozişnın taleyi də sessiyanın son saniyələrində həll olunubdur - son beş dəqiqədə sessiyaya BMW pilotları liderlik etsə də, sonunda qələbəni bayram edən Lukas Auer olub.

Qeyd etmək lazımdır ki, təsnifat Audi pilotları üçün fəlakətə çevrilib. İnqolştat təmsilçilərindən ilk onluğa yalnız Rene Rast daxil ola bilib. Alman pilot yeddinci nəticə ilə kifayətlənməli olub. BMW komandası isə, ümumiyyətlə, beş avtomobili ilə ilk onluqda təmsil edilib. Vittmann - ikinci, Farfus - dördüncü, Blomkvist - altıncı, Qlok - səkkizinci, Marten isə onuncu olub.

Sıralamalarda qalan tək yerlər Mercedes pilotlarına qismət olub. Uikkenz, di Resta, Engel ilk onluqda Ştutqart komandasını təmsil edən pilotlar olublar.   

Pilotlar çempionatına liderlik edən Audi komandasının isveç pilotu Mattias Ekstrem yalnız 11-ci nəticəni göstərib. Biinci sərbəst yürüşlərin lideri olmuş Qəri Paffett də ilk onluğa daxil ola bilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt