Bu gün Nürburqrinqdə keçirilən ikinci sərbəst yürüşlər yenə də Mercedes-Benz komandasının britaniyalı pilotları Qəri Paffett və Pol di Restanın üstünlüyü ilə keçib.

Birinci yürüşlərdən fərqli olaraq, bu dəfə liderlik Pol di Restaya qismət olub. Şotland pilot 1.35,935 zamana imza ataraq Paffettin dünənki zamanını yaxşıladırıb. Qəri isə, komanda yoldaşından 0,302 saniyə geridə qalıb. Zandvortdakı mərhələdəki qalmaqallı rəftarı ilə yadda qalan Timo Qlok (BMW) bu dəfə üçüncü nəticəni göstərib. O, liderə 0,506 saniyə uduzub.

Pilotlar çempionatına liderik edən Mattias Ekstrem və Rene Rast bir qədər sürətlənməyə müvəffəq olublar. İki Audi pilotu dördüncü və beşinci yerləri bölüşdürüblər. Marko Vittmann (BMW) altıncı, Mercedes pilotu Lukas Auer isə yeddinci olmağı bacarıblar. İlk onluğu Auqusto Farfus (BMW), Edoardo Mortara (Mercedes-Benz) və Maksim Marten (BMW) tamamlayıblar.

Görünən odur ki, Nürburqrinqdə keçirilən bu həftəsonu yağmurlu hava şəraitində keçəcəkdir. Paffett və di Resta gərək olan sazlamaları tapdıqlarına görə, şənbə günü keçiriləcək təsnifat mərhələsində iki britaniyalının poul uğrunda mübarizə aparacaqları aydın görünür. 

Lakin, DTM çempionatının digər seriyalardan fərqi, keçirilən yarışların hər zaman sürprizlərə açıq olmasıdır. Bu həftəsonu keçiriləcək 13-cü və 14-cü yarışların da bu qaydalardan istisna olmayacağına ümid edək. Bir neçə saatdan sonra keçiriləcək təsnifat mərhələsini izləməyə dəvət edirik. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt