Buick şirkəti 2018-ci ilin Enclave modelinin ilk rəsmi təsvirini yaymışdır. Buick Enclave modelinin yeni nəslinin kütləvi təqdimat mərasimi 11 aprel tarixində işinə başlayacaq Nyu-York avtomobil sərgisində keçiriləcəkdir.
Bununla belə, avtomobil haqqında rəsmi məlumat dərc edilməmişdir. Krossoverin yeni firma dizaynına sahib olacağı, onun satışlarının isə bu ilin sonunda başlanacağı məlum olanlardandır. Krossoverin istehsalı Şimali Amerikada təşkil ediləcəkdir. Əlavə olaraq. Buick şirkəti Nyu-York avtosalonunda yeni avtomobilin dəbdəbəli variantı olan Enclave Avenir modifikasiyasını da təqdim edəcəkdir. Bu modifikasiyada olan krossover genişləndirilmiş təchizat səviyyəsinə, həmçinin eksteryerin və interyerin tərtibatında eksklyuziv həll yollarına malik olacaqdır. Şimaliamerikan kütləvi informasiya vasitələrinin bildirdiyinə görə yeni model Chevrolet Traverse ilə eyni platformanı bölüşəcəkdir. Çox güman ki, krossoverin mühərrik çeşidinə 2,0-litrlik LTG R4 və 3,6-litrlik LGX V6 mühərrikləri daxil olacaqdır.
Yeni krossoveri öndən və ya tam çəkiş sistemi, həmçinin 5 və ya 7 yerli modifikasiyada da əldə etmək mümkün olacaqdır.