Bu gün Dodge şirkəti növbəti videotizeri dərc edərək Challenger modelinin ekstremal variantı olan SRT Demon modelini sabah təqdim edəcəyini bildirmişdir. Bununla belə, artıq internet şəbəkəsində "Seytanın" ilk rəsmi fotoşəkli peyda olmuşdur.
Bir müddət bundan əvvəl amerikalılar avtomobilin istifadə edilən yanacağın növünü təyin etdiyini, sürücünün isə güc aqreqatının idarəetmə blokunu müxtəlif yanacaqlar üçün tənzimləmək imkanının olduğunu bildirmişdirlər. Dodge şirkəti, yarışlarda iştirak edən “Şeytanı” oktan ədədi 100 və ondan yuxarı olan benzinlə doldurmağın mümkün olduğunu bildirmişdir.
Bununla belə, gündəlik istismar zamanı, avtomobilin sahibi 95 oktanlı benzindən istifadə etmək imkanına malik olacaqdır.
Yanacaq çənində yarış benzini olduqda, güc aqreqatının idarəetmə elektronikasını müvafiq rejimə keçirmək üçün, sürücünün mərkəzi konsolda olan düyməyə basması kifayətdir.
Əgər çəndə iki növ yanacağın qarışığı mövcuddursa, bunun mühərrikə ziyanı vurmayacağı, lakin yarış rejiminə keçməyin qeyri-mümkün olacağı bildirilmişdir. “Şeytan” amerikan istehsalçısının model cərgəsində ən güclü və yeyin avtomobil olacağı göslənilir. Challenger SRT Demon kupesi dreq şinlərinə, transbreykə və ən iri hava girişinə malik olacaqdır.
Bundan başqa, avtomobil bir oturacaqla təchiz ediləcəkdir.