Buick şirlkəti Nyu-York avtosalonunda ikinci nəsil Enclave modelini təqdim etmişdir. Yeni krossover Cadillac XT5, Chevrolet Travetse və GMC Acadia modellərinin istehsal edildiyi C1XX platformasında hazırlanmışdır. Eyni zamanda, Nyu-Yorkda Avenir premium subbrendi də debüt etmişdir.
İkinci nəsil Buick Enclave modeli tamamilə yeni dizayna malik olmuşdur ki, avtomobilin zahirində sələfinə xas olan “yumruluqdan” əsar-əlamət qalmamışdır. Yeni krossover sələfindən iri ölçülərlə də seçilir. Onun qabarit uzunluğu 5189 millimetr, təkər bazasının uzunluğu isə 3071 millimetrə bərabər olmuşdur. Təkər bazasının genişlənməsi sayəsində baqaj bölməsinin trutumu 10% artmış və amerikan SAE metoduna əsasən 668 litr təşkil edir. Müqayisə üçün VW Atlas modelinin baqaj bölümünün tutumu 80 litr azdır. Arxa cərgələrin qatlanması halında, Enclave 2765 litrlik məkan təklif edir.
Eyni zamanda, yeni nəsil Enclave modeli sələfindən 180 kiloqram yüngüldür. Krossoverin çəkisi 1977 kiloqrama bərabərdir.
Buick Enclave 309 at qüvvəsi və 353 Nm fırlanma anı təklif edən 3,6-litrlik V6 mühərriki və doqquz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Standart olaraq avtomobil öndən çəkişlə təklif olunur. Əlavə ödənişlə arxa oxun çoxdiskli mufta ilə birləşməsini həyata keçirən GKN tam ötürmə sistemini də sifariş etmək mümkündür.
Mühəndislər avtomobilin səs izolyasiyasına xüsusi diqqət yetirmişdirlər. Hərçənd “Anklavın” sələfi bu cəhətdən heç də geridə qalmış sayılmırdı. Yeni modelin aerodinamikası yaxşılaşdırılmış, yeni səsboğan materiallar tətbiq edilmiş və səsəin aktiv boğulması sistemi quraşdırılmışdır. Krossover dörd təchizat səviyyəsində təklif ediləcəkdir. Standart olaraq avtomobil yeddi təhlükəsizlik yastığı, üç zonalı klimat-kontrol, baqaj qapısının elektrik ötürməsini, arxa görüntü kamerası, açarsız giriş sistemi, internetə giriş nöqtəsi və avtomatik uzaq işıqlar ilə təchiz ediləcəkdir.
Enclave modelinin alıcıları maksimal təchizatı seçdiklərinə görə, yeni krossover Buick modelləri arasında Avenir təchizatında təklif edilən ilk avtomobil olacaqdır. Top variantı zahiri cəhətdən “üçölçülü” radiator toruna və Acrylite işıqdiodlarından olan fənərlərinə görə tanımaq mümkündür. Ən bahalı modifikasiyanın təchizatına ağacla işləmələr, ön oturacaqların havalandırması, üçüncü cərgənin elektiklə qatlanması, dairəvi görüntü kameraları, smartfonların induksion doldurulması, iki şüşə lyuk və arxa görüntünü göstərən salon güzgüsü daxildir.
Bundan başqa, adaptiv asma və kruiz-kontrol, avtomatik əylənmə sistemi, kor zonalara nəzarət və arxaya hərəkət zamanı xəbərdarlıq funksiyası da daxil olan və elektron köməkçilər kompleksini sifariş etmək mümkündür. Enclave modeli Mişiqan ştatındakı Lansinq şəhərindəki zavodda istehsal ediləcəkdir. İstehsala yay aylarında start verilməlidir. Sifarişçilərə avtomobillər üçüncü rübdə çatdırılacaqdırlar.
Avtomobilin baza variantının qiymətinin 40 min dollar, Avenir variantının isə 60 min dollar olacağı ehtimal edilir.