Hyundai şirkətinə məxsus olan Genesis markası Nyu-Yorkda keçirilən avtosalonda premium krossoverlər xəttinin carçısı olan konsepti nümayiş etdirmişdir. Genensis GV80 Fuel Cell Concept prototipi dəbdəbəli salona və yanacaq elementlərindən qidalanan güc qurğusu ilə təchiz edilmişdir.
Krossoverin dizaynı Genesis avtomobiilərinin zahiri görkəmində olacaq dəyişikliklər barədə təssəvvür yaradır. Eksteryerin seçilən xüsusiyyətlərindən biri də ”iki mərtəbəli” işıq texnikası, aerodinamik dəstin elementləri və haşiyəsiz qapılarıdır.
Prototipin salonu dəri, zamşa və əsl ağacla işlənmişdir. Avtomobilin salonunda fiziki düymələrin olmadığını müşahidə edilir – multimedia sistemi və digər funksiyaları sürücünün sağ tərəfindəki sensorlu panelin və düymələrin vasitəsi ilə həyata keçirilir.
Ön panelin yuxarısında enli displey yerləşdirilmişdir. Cihazlar paneli də bir neçə displeydən ibarətdir. Arxa sərnişinlər üçün də oturacaqların arxa hissəsində yerləşdirilmiş displeylər mövcuddur. Konseptin salonu dörd yerlidir və salon boyu yüksək tonnel quraşdırılmışdır.
Avtomobilin güc qurğusu barədə heç bir məlumat verilməmişdir. Eyni zamanda, kosneptin nə zaman seriya avtomobilinə çevriləcəyi barədə məlumat verilməmişdir. Hal-hazırda Genesis markası alıcılar a iki sedan təklif edir - bunlar G80 və G90 modelləridir. G90 uzun bazalı variantda da təklif edilir.