Yapon premium avtomobil istehsalçısı olan İnfiniti şirkəti QX80 Monograph Concept adlı iri konseptual ofroderi rəsmi olaraq təqdim etmişdir. Avtomobil yeni dizayn istiqamətində hazırlanmış görkəmə malikdir və QX80 ofroderinin carçısı olaraq çıxış edir. Seriya modelinin bu ilin sonuna qədər təqdim ediləcəyi məlumdur.
Konsepti təqdim edən zaman, istehsalçının nümayəndələri yeni dizayn istiqamətinin ilk dəfə olaraq QX80 kimi iri avtomobil üçün istifadə edildiyini bildirmişdirlər. Onlar “həndəsi və orqanik formaların qarışığınin” beş metrlik ofroderdə tətbiq edilməsinin unikal dizayn yaratdığını bildirmişdirlər. Eni və hündürlüyü iki metrə yaxın olan yeni model sələfinə nisbətən “daha səliqəli və şişirdilməmiş” görkəmə malikdir. İnfiniti QX80 Monograph modeli çoxlu sayda maraqlı elementlərə sahib olmuşdur ki, buna misal olaraq “çevrilmiş” radiator barmaqlığını, unikal işıqdiodlarında işıq texnikasını və optimallaşdırılmış aerodinamikanı gösərmək olar. Bundan başqa, avtomobil alüminiumdan kandarlara, havalandırma girişləri olan ön qanadlar və “təkrarolunmaz” dizaynlı 24-düymlük iri təkər disklərinə sahib olmuşdur.
Yapon mütəxəssisləri yeni QX Monograph Concept modelinin ümumilikdə brendin DNT-sini yenidən təhlil etmək imkanı verir. Onlar avtomobilin seriya variantının “Yaxın Şərqdən və Şimali Amerikadan olan müştərilərin çox xoşuna gələcəyinə” ümid edirlər. Bununla belə, konseptin texniki xüsusiyyətləri barədə məlumat verilməmişdir.