Koenigsegg şirkəti Nyu-York avtosalonunda Agera RS modelinin ən güclü modifikasiyasını təqdim etmişdir. Agera RS1 adını almış avtomobil ABŞ-dan olan müştərinin sifarişi ilə yeganə nüsxədə hazırlanmışdır.
Arxadan şəkişli hiperkar 1360 at qüvvəsinə malik olan 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki və yeddi pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilmişdir. Müqayisə üçün, Agera RS modelinin standart variantı 1160 at qüvvəsinə sahibdir. Agera RS1 yerindən 100 km/saat həddinə 2,8 saniyəyə, 300 km/saat həddinə isə 12,3 saniyəyə sürətlənir.
Sifarişçi avtomobili n ağ və qara rəngə boyanmasını, həmçinin mavi aerodinamik elementlərlə tərtib edilməsini istəmişdir. Avtomobilin salonu da mavi alkantara, qara andronlaşdırılmış alüminium və karbonla tərtib edilmişdir.
Cəmi 25 ədəd Agera RS modelinin istehsal edilməsi nəzərdə tutulmuşdur. Bütün avtomobillər on ay ərzində satılmışdırlar. Bu model ABŞ-da ümumi istifadə yollarında hərəkətinə icazə verilmiş ilk Koenigsegg avtomobili olmuşdur.
Superkarların istehsalı bu il başa çatacaqdır.