Lincoln şirkəti yeni nəsil Navigator ofroderini təqdim etmişdir. Avtomobilin kütləvi nümayişi bir neçə gündən sonra işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir.
Zahiri cəhətdən keçən il nümayiş etdirilmiş konseptə bənzəyən ofroder Ford F-150 pikapının polad ramalı şasisində yığılmışdır. Alüminiumdan hazırlanmış kuzova malik olan ofroder sələfindən 91 kiloqram daha yüngüldür. Lincoln Navigator modelinin yeni nəsli həm standart, həm də uzun bazalı modifikasiyada təklif ediləcəkdir. Sonuncu halda ofroderin uzunluğu 5,6 metrə çatır. İri ofroder 456 at qüvvəli 3,5-litrlik iki turbokompressorlu V6 EcoBoost mühərriki ilə təchiz edilir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
Bununla belə, avtomobilin salonunda qutunun ənənəvi dəstəyi yoxdur – ötürmələr ön paneldəki düymələr ilə həyata keçirilir.
Navigator modelinin təchizatına 12-düymlük ekranı olan rəqəmsal cihazlar paneli, SYNC 3 multimedia sisteminin iri ekranı, proyeksiya displeyi, dairəvi görüntü kameraları, adaptiv kruiz-kontrol, 30 istiqamətdə tənzimlənən oturacaqlar və 20 dinamikli Revel Ultima səs sistemi daxildir. Avtomobil standart olaraq yeddi yerlik salonla təklif ediləcəkdir.
İkinci cərgədə iki 10-düymlük ekran quraşdırılacaqdır. Üçüncü cərgə elektriklə qatlanacaqdır. Altı USB-portu, dörd 12-voltluq və bir 110-voltluq rozetka da sərnişinlərin sərəncamına veriləcəkdir. Avtomobilin ən bahalı modifikasiyası Black Label adlandırılmışdır ki, onun sahibi də konsyerj xidmətindən yaralana biləcəkdirlər. Ofroderin satışlarına payızada başlanacaqdır.