Nissan şirkəti unikal Rogue Trail Warrior Project adlı krossoveri təqdim etmişdir. Tırtıllı hərəkət hissəsinə malik olan krossover Nyu-York avtosalonunda nümayiş etdiriləcəkdir.

Tırtılları quraşdırılması krossoverin asma sisteminin təkmilləşdirilməsini və təkər tağlarının genişləndirilməsini tələb etmişdir. Mexanizmlərin uzunluğu 122 santimetr, hündürlüyü - 76 santimetr, eni isə 38 santimetr təşkil edir. Tırtıllardan əlavə, krossover xüsusi kamuflyaj boyanmasına, damda quraşdırılmış işıqdiodlarından «çilçırağa», elektrik bucurqarda və tündləşdirilmiş işıq texnikasina sahib olmuşdur. Krossoverin damında əlavə «baqaj yeri» quraşdırılmışdır. Unikal krossover 170 at qüvvəli 2,5-litrlik dörd silindrli benzin mühərriki ilə hərəkətə gəlir. 

Bundan əvvəl, Nissan şirkətinin Nyu-York avtosalonundakı stendində «Ölüm ulduzunu» və tematik avtomobilləri nümayiş etdiriləcəyi bildirilmişdir. Yapon istehsalçısı stendinin bir hissəsini «Ulduz müharibələri» filminə həsr edəcəckdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt