Dodge şirkəti rəsmi olaraq Challenger kupesinin ən güclü və yeyin modifikasiyası olan Demon modelini təqdim etmişdir. Kütləvi nümayişi Nyu-York avtosalonunda keçiriləcək model 840 at qüvvəsi və 1044 Nm fırlanma anı olan mühərriklə təchiz edilmişdir.
Ekstremal kupe 6,2-litrlik V8 HEMI mühərriki ilə təchiz edilmişdir. Bənzər aqreqatı Challenger və Charger Hellcat, həmçinin Jeep Grand Cherokee Trackhawk modelində quraşdırılmışdır. Bununla belə, “Şeytanın” mühərriki yeni ötürməli kompressoru, yenidən işlənmiş yanacağın çilənməsi sistemini və yeni buraxılış sistemi ilə təchiz edilmişdir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Bu qutu Hellcat modellərində quraşdırılan qutudan təkmilləşdirilmiş hidrotransformatoru ilə fərqlənir.
Yerindən 60 mil/saat (96 km/saat) həddinə Dodge Challenger SRT Demon modeli 2,3 saniyəyə sürətlənir. Dörddə bir mili avtomobil 9,65 saniyəyə qət edir. Bu məsafənin finişində avtomobil 224 km/saat sürətə malik olur. Dodge şirkətindən yeni modelin artıq bir neçə dünya rekorduna imza atdığı da bildirilmişdir.
Misal üçün “Şeytan” arxa təkərləri üzərində 89 santimetr məsafə qət etmiş il seriya avtomobili olmuşdur. Bundan başqa, Challenger SRT Demon kupesinin sürücüsü sürətlənmə zamanı 1,8g-yə bərabər olan köndələn yüklənmənihiss edir ki, bu da seriya avtomobilləri arasında olan ən yüksək göstəricidir.