Subaru şirkəti Nyu-Yorkda keçirilən avtosalonda Viziv-7 konseptinin Ascent adlı yeni versiyasını təqdim etmişdir. Eyni adla krossoverin yeddi yerlik seriya variantı adlandırılacaqdır.
Seriya variantına yaxınlaşdırılmış prototip fturustik olmayan işıq texnikası və başqa aerodinamik dəstlə, həmçinin yan güzgülərinin forması və təkər diskləri ilə fərqlənir. Bundan başqa, Subaru avtomobilin interyerini də nümayiş etdirmişdir. Burada əsas xüsusiyyətlərdən biri tam rəqəmsal cihazlar paneli, şüşəqaldıranların sensorlu düymələri və sensorlu süymələri olan sükan çarxıdır.
Daha bir maraqlı detal multimedia və klimat-kontrol sistemlərinin ümumi displeyidir. Konseptin interyeri iki rəngli dəri ilə üzlənmişdir. Krossoverin seriya variantının istehsalı yapon istehsalçısının ABŞ-nın Lafayett şəhərindəki zavodunda təşkil ediləcəkdir.
Subaru Ascent modelinin Şimali Amerikadakı satışlarına 2018-ci ildə başlanacaqdır.