Toyota şirkəti qeri-adi baqaj qapısına malik olan FT-4X konseptini təqdim etmişdir. Prototipin qapısı iki üsulla - bütövlüklə yuxarıya və yaxud taybatay açılır.
Çox güman ki, konsept gələcək FJ Cruiser modeli haqqında təssəvvür yaratmaq üçün hazırlanmışdır. Bununla belə, yapon istehsalçısının nümayəndələri avtomobilin seriya buraxılışı barədə heç bir məlumat verməmişdirlər. Onlar konseptin yeni ideyaların nümayişi ilə vəzifələndirildiyini bildirmişdirlər. Toyota FT-4X konsepti yapon şirkətinin qlobal modul platforması olan TNGA arxitekturasında hazırlanmışdır və ölçülərinə görə CH-R krossoveri ilə bənzərlik daşıyır.
Prototipin güc aqreqatı barədə məlumat verilməsə də, avtomobilin konstruksiyasının dörd silindrli mühərrik, variator və «aşağı ötürməsi» olan tam çəkiş sistemi üçün nəzərdə tutlduğu məlumdur.
Konseptin yaradılması yapon istehsalçısının Kaliforniyadakı dizayn mərkəzinə həvalə edilmişdi.
Qeyri-adı baqaj qapağından savayı, avtomobil dam və arxa təkər tağının arasında olan çıxarılma panellərlə təchiz edilmişdir. Bu panellərin altına şüşə vardır ki, sahibinin arzusu ilə panel quraşdırıla və yaxud çıxarıla bilər. Əşyaların asan yüklənməsi üçün baqaj bölümü hərəkət edən döşəmə ilə təchiz edilmişdir. Bundan başqa, salonda əşyaların yerləşdirilməsi üçün çox sayda bölmələr mövcuddur. Arxa oturacaqların qatlanması halında hamar döşəmə də əmələ gəlir. Eyni zamanda, avtomobilin salonunda yataq torbası da vardır ki, o həmçinin iki ön oturacağın arasında yerləşdirilmişdir və dirsəkaltını əvəz edir.
Audiosistemin blokunu çıxararaq bumboks kimi də istifadə etmək olar.