Acura şirkəti 11 apreldə Nyu-York avtosalonunda debüt edəcək TLX sedanının ilk tizerini dərc etmişdir. Xatırladaq ki, Nyu-Yorkda keçiriləcək avtomobil sərgisi 14 apreldə işinə başlayacaqdır.
Yeni avtomobil, keçən ilin əvvəlində nümayiş etdirilmiş və yapon istehsalçısının yeni dizayn istiqamətini göstərən Precision konsept avtomobilinin üslubunda hazırlanmışdır. Yeni sedanın əsas cizgilərindən biri qalın xrom haşiyəsi olan iri radiator barmaqlığıdır. Bununla belə avtomobil barədə ətraflı məlumat verilməmişdir.
Cari Acura TXL sedanı 208 at qüvvəli 3,4-litrlik dörd silindrli və 290 at qüvvəli 3,5-litrlik altı silindrli mühərriklər ilə təchiz edilir. Güc aqreqatları doqquz diapazonlu avtomatik ötürmələr qutusu ilə birgə çalışırlar. Sedanın top variantı tam çəkiş sistemi ilə də təklif olunur. Çox güman ki, bu aqreqatlar yeni sedanın mühərrik çeşidində qalacaqdırlar.
Bununla belə, sedanın Acura MDX krossoverindən məlum olan və tərkibinə 3,0-litrlik V6 mühərriki, üç elektomotor və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusunun daxil olan hibrid qurğusu ilə təchiz ediləcəyi istisna edilmir. Hinbrid aqreqatın ümumi gücü 325 at qüvvəsi təşkil edir.
Amerikada Acura TXL 32 min dollardan başlayan qiymətlətlə satılır.