Hyundai şirkəti dünən işinə başlamış Nyu-York avtosalonunda yenilənmiş Tucson krossoverini nümayiş etdirib. Avtomobilin eksteryeri və interyeri ciddi dəyişikliklərə məruz qalıbdır.
Yenilənmiş krossover əvvəlkindən yeni radiator barmaqlığı, ön və arxa bamperlərə, işıqdiodlarından hazırlanmış və yeni formaya malik olan işıq texnikası ilə seçilir. Bundan başqa, avtomobil yeni 17,18 və 19 düymlük təkər disklərinə də sahib olub. Tucson modelinin interyerindəki dəyişikliklər də ciddi xarakter daşıyır - avtomobil tamamilə yeni ön panelə sahib olub.
Əsasən də diqqəti multimedia sisteminin 7-düymlük ekranı cəlb edir. Əvvəllər bu displey ön panelin daxilində quraşdırılmışdırsa da, indi ekran mərkəzi konsolun üzərində yerləşdirlibdir. Bundan başqa, avtomobil yeni cihazlar panelinə və elektron dayanacaq əyləcinə sahib olub. Arxa oturacaqların sərnişinləri USB portlarına sevinəcəklər.
Yenilənmiş Hyundai Tucson təhlükəsizlik sistemləri kompleksini əldə edibdir. Bu sistemlərin arasında tıxacda avtomatik hərəkət sistemi, hərəkət zolağına nəzarət funksiyası da vardır. Krossover iki mühərrik ilə təchiz edilir: bunlar 164 at qüvvəli 2,0-litrlik və 181 at qüvvəli 2,4-litrlik dörd silindrli mühərriklərdir.
Hər iki mühərrik 6-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Yenilənmiş krossover ABŞ bazarında bu ilin payızından başlayaraq satılacaqdır.