Mazda şirkəti Nyu-York avtosalonunda yenilənmiş CX-3 yığcam krossoverini təqdim edib. Yığcam avtomobil dəyişdirilimiş xarici görkəmə, daha güclü mühərrikə və elektron dayanacaq əyləcinə sahib olubdur.
Krossoverin Skyactive-G ailəsindən olan 2,0-litrlik dörd silindrli mühərriki daxili sürtünməsini, yanacaq sərfiyyatını azaltmaq və fırlanma anının artırılması üçün təkmilləşdirilib.
Bu yeniliklər nəticəsində mühərrikin gücü 148-dən 150 at qüvvəsinə, fırlanma anı isə 198-dən 201 Nm-ə qədər yüksəlib. Bundan başqa, krossoverin asqı və sükan sistemlərinin iş xarakteristikaları da dəyişdirilib. Mazda CX-3 modelinin salonundakı səs-küy səviyyəsinin azaldılması üçün yeni 18-düymlük təkər diskləri yaradılmış, qapı panelləri və baqaj qapağının şüşəsi qalınlaşdırılmışdır. Əlavə olaraq tavanın üzlənməsi dəyişdirilmiş, qapı rezinləri yenilənmişdir. Elektron dayanacaq əyləcinin quraşdırılması düymələrin yerləşməsini yeniləməyə imkan verib. Öndə yüksək tutumlu uretan köpüyündən hazırlanmış daha geniş oturacaqlar quraşdırılıbdır.
Krossoverin bahalı variantları ağ və ya qara dəri ilə örtülmüş oturacaqlar ilə təchiz edilir.