Hyundai Palisade krossoveri ilə eyni vaxtda onun ən yaxın qohumu, üçcərgəli Kia Telluride krossoveri də plan üzrə yenilənmədən keçib. Hər iki avtomobil Nyu-York avtosalonunda nümayiş etdirilib. Palisade modelindən fərqli olaraq, Telluride Şimali Amerikadan kənarda faktiki olaraq tanınmır. Lakin ABŞ bazarında o, öz qohumundan daha yaxşı satılır: ötən il 87 min Palisade modelinə qarşı 94 min Telluride satılıb. Telluride həm də ona görə unikaldır ki, onun alıcılarının dörddə üçü ilk dəfə olaraq, Kia markasının avtomobilini seçirlər.

Kia Telluride

Məlum məsələdir ki, amerikalılar brutal dizayna üstünlük verirlər. Buna görə də, krossoverdə ciddi dəyişikliklər etməyiblər. Bamperlər, radiator barmaqlığı, bütün optika və hətta qapılardakı örtmələr yeni olsa da, Telluride tanınan görünüşünü qoruyub saxlayıb.

Gündüz hərəkət işıqlarının naxışı dəyişib: əvvəlki düzbucaqlı xətləri iki şaquli zolaq əvəzləyib. Təkər disklərinin dizaynı da yenidən işlənib.

Kia Telluride

Salon köklü şəkildə yenilənib. İndi burada günəşliyi olmayan və özündə iki 12,3-düymlük ekranı birləşdirən vahid panel var. Buna baxmayaraq, mərkəzi konsolda klimat-kontrolun tam ölçülü “klassik” idarəetmə paneli və hətta mediasistemin düymələri yerlərini qoruyublar.

Yeni sükan çarxı quraşdırılıb, tərtibat materialları dəyişdirilib, daha çox məlumatı əks etdirən 10-düymlük proyeksiya displeyi (8,5-düymlük əvəzinə) peyda olub.

Kia Telluride

Opsiyalar arasında yuxarı arxa görüntü kamerasından alınan təsviirlərin ötürüldüyü tam ekran ekranlı salon güzgüsü də var. USB-A konnektorlarını  əvəzinə müasir USB-C girişləri quraşdırılır. Telluride artıq Wi-Fi bağlantısı (ötürücü baş qurğuda quraşdırılıb) vasitəsilə smartfondan açıla bilər.

Avtomatik zolaqdəyişdirmə funksiyasına malik olan adaptiv kruiz-kontrol təkmilləşdirilib. Krossover əvvəlki kimi, ikinci sırda üçyerli divanı və ya iki fərdi oturacaqları olan səkkiz və yeddi yerlik salonla təklif edilir.

Kia Telluride

Texniki cəhətdən dəyişiklik yoxdur: Kia Telluride yalnız 295 at qüvvəli 3,8-litrlik V6 GDI mühərriki və səkkiz pilləli “avtomat” ilə təklif olunur. Ötürmə - ön oxa və ya tam ola bilər. Yeganə yenilik dağdan enmə köməkçisidir. Bundan başqa, modifikasiya çeşidində iki “ofroud” versiyası peyda olub.

Kia Telluride X-Line

İlk modifikasiya Telluride X-Line adlanır və rəsmi olaraq Nightfall Edition versiyasını əvəz edib. Belə krossover tam ötürmə sisteminə, 10 millimetr artırmış klirensə, 20-düymlük orijinal təkər disklərinə və daha güclü dam reylinqlərinə malikdir.

Dartmaya nəzarət sisteminin tənzimləmələri dəyişdirilib və əlavə yedəkləmə rejimi (Tow Mode) peyda olub. Daha qabaqcıl  Telluride X-Pro versiyası isə, ofroud şinləri olan 18-düymlük təkər disklərinə, baqajdakı 110 voltluq məişət elektrik çıxışına malikdir. Üstəlik, yedəyə alınan qoşqunun çəkisi 2495 kiloqrama (+225 kiloqram) qədər artırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ABŞ-da yenilənmiş krossoverlərin satışı yayda başlamalıdır. Yenilənmədən əvvəlki Kia Telluride burada 33 min dollardan başlayan qiymətlər ilə satılır. Şirkət satış coğrafiyasının mümkün genişlənməsi barədə məlumat verməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.