Yeni Zelandiyadan olan Martin Aircraft şirkəti, ikiqat dünya çempionu olan qolf ustası Bubba Uotson və eynək istehsalçısı olan Oakley firması ilə birlikdə uçan qolf-kartı təqdim etmişdirlər. Yeni aparat qolfçulara qolf səhəsində daha sürətli hərəkət etməyə və 914 metrlik məsafədən oyunu izləməmək imkanı yaradacaqdır.
Uotsonun sözlərinə görə, reaktiv bel çantası qolf oyununu bir dəfə və ömürlük dəyişmək iqtidarındadır. Martin Jetpack adını almıış uçan qolf-kart 210 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmişdir. Aparatın maksimal sürəti 74 kilometr/saat təşkil edir. Bir uçan qolf-kartın dəyəri 200 min ABŞ dollarına bərabərdir. Əlbəttə, belə bir qolf-kartın olması qolf ustaları üçün yeni üfüqlər açmağa imkan yaradacaqdır.
Lakin onların bir qolf-kart üçüb 200 min dollar yatırması ehtimalı nə qədər yüksəkdir, buna aydınlıq gətirmək lazımdır.