Beşqat dünya çempionu Sebastyen Ojye Monte-Karlo Rallisində ardıcıl beşinci qələbəsinə bir addım yaxınlaşıb. O, ikinci günün səhər seksiyasında öz liderliyini möhkəmləndirib.
Fransız pilot bu günə ən yaxın rəqibindən 14 saniyə üstünlüklə başlasa da, indi onun Ott Tyanakdan üstünlüyü bir dəqiqə təşkil edir. Şənbə gününü açan qarlı doqquzuncu xüsusi hissədə hər iki lider ehtiyatlı davranıb və nəticədə ciddi səhvlər buraxmayıblar. Buna baxmayaraq Tyanak bir dəfəyə bir dəqiqə geridə qalıb.
«Bu mənim karyeramdakı ən uğursuz doplardan biridir! Yol tamamilə çamırlı idi. Çox məkrli şərtlər var idi», - qüvvədə olan dünya çempionu təəssüratları ilə bölüşüb. Növbəti dopda Tyanak özünü ələ alaraq 14 saniyə qazanıb və ara vaxtını 1 dəqiqə 3 saniyəyə endirib.
Hyundai komandasının Monte-Karlo Rallisində heç bəxti gətirmir. Koreya konserninin podiuma olan ümidi Dani Sordo birinci dopda yoldan çıxaraq və yarışdan çəkilməni rəsmiləşdirib. Üçüncü yerə Tyanakın komanda yoldaşı Yari-Matti Latvala yüksəlib. Onu digər Toyota pilotu Esapekka Lappi təqib edir. İlk beşliyi Citroen pilotu Kris Mik tamamlayır.