Beşqat dünya çempionu 2018-ci il Dünya ralli çempionatının ilk mərhələsi olan Monte-Karlo Rallisinin birinci gününü lider olaraq başa vurub. Lakin, qalan iki gün fransız pilo üçün o qədər də asan olmayacaq.

Fransız yarışçı cümə axşamı keçirilmiş ilk iki xüsusi sahədə qalib gələrək liderliyi ələ keçirib.17 saniyə üstünlüklə başladığı cümə gününü, servis parka qayıdan zaman 40 saniyə üstünlüklə bitirib. Üstəlik, düzgün olmayan şin seçimi üzündən Ojye üç mərhələdən yalnız birində qalib.

Lakin, nahardan sonra keçirilmiş 30 kilometrlik Roussieux-Eygalayes xüsusi hissəsində Ojye yoldan çıxaraq arxa düşüb. Yolun kənarında duran azarkeşlər fransız pilota kömək etsə də, bu hadisə Ojyeyə yarış dəqiqəyə başa gəlib.  Final dopunda Sebastyen yaxın rəqibi olan Ott Tyanaka daha beş saniyə uduzub və bu günki yarışı 14,9 saniyə üstünlüklə başlayacaqdır.

«Çətin gün idi. Lakin, biz burada finişdəyik və liderlik mövqeyindəyik, - Ojye günün nəticələrini şərh edib. - Yoldançıxma olmasaydı, bizim üstünlüyümüz bir dəqiqə təşkil edəcəkdir. Amma istənilən halda mən razıyam. Şənbə günü burada yaxşı çıxış etmək vacibdir».

Ojyenin keçmiş komanda yoldaşı Ott Tyanak da çıxışından razı olmalıdır. Onun Toyota Yaris avtomobilindəki döyüş debütünü uğurlu saymaq olar - iki dopda qələbə və ümumi birincilikdə inamlı ikinci yer. Estoniyalı üçüncü yerin sahibi Dani Sordonu 44 saniyə qabaqlayır.

Ott Tyanak ilk beşliyi tamamlayan komanda yoldaşları Esapekka Lappi və Yari-Matti Latvalanın isə bir dəqiqə önündədir. «Avtomobil idael işləyir, - keçən ilin bürünc mükafatçısı təəssüratları ilə bölüşüb. - Yüksək mövqedə olmaq və mübarizədə iştirak etmək xoşdur».

Üçüncü yer uğrunda mübarizə də maraqlı olmalıdır. Dani Sordo aralarında 0,2 saniyə olan Lappi və Latvalanı 10 saniyə üstələyir. Keçən ilin vitse-çempionu Tyeri Nyovil gün ərzində itirdiklərini bərpa etməklə məşğul olub. Belçikalı birinci xüsusi hissədəki yoldançıxmadan sonra 17-ciliyə geriləsə də, doqquzunculuğa yüksəlməyə müvəffəq olub.

Belçikalı Elfin Evansa iki saniyə uduzur. Bununla belə, belçikalı Brian Bufyeyə yarım dəqiqə, altıncı yerdə olan Kris Mikə isə 1 dəqiqə 20 saniyə uduzur.

Şənbə günü Monte-Karlo Rallisinin iştirakçılarını 117,55 kilometrlik beş xüsusi hissə gözləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt