Sebastyen Ojye bu ilin ilk rallisi olan Monte-Karlo Rallisində qələbə qazanmağa çox yaxındır. Raliinin bitməsinə iki xüsusi hissə qalıbdır.
Şənbə günü axşam fransız pilotun rəqibləri üzərindəki üstünlüyü 30 saniyəyə qədər azalmışdır. Lakin, bazar günü sabah dünya çempionu aranı 46,2 saniyəyə qədər artıraraq status-kvonu bərpa edib. 14-cü xüsusi hissədə Sebastyen eston pilot Ott Tyanak üzərindəki üstünlüyünü 11,5 saniyə artırıb və 15-ci xüsusi hissədə yeddinci nəticə göstərməsinə baxmayaraq yenə də Tyanakı üstələyib. Ott səhər final XH-ni yavaş keçib. Əslində eston pilotun tələsməyə ehtiyacı yoxdur, çünki onun ikinci yeri artıq təmin edilib.
Üçüncü olan YAri-Matti Latvala liderdən iki dəqiqə geridə qalır.

«Ciddi səhvlərim olmayıb, - Ojye 15-ci XH-dən sonra şərh edib, - lakin, dopun sonunda ciddi şəkildə yavaşlamalı oldum. Hansısa azarkeş fayeri yandırmışdı və tüstüdən heç nə görünmürdü».
«Bu çətin xüsusi hissə idi, - Tyanak bildirib. - Bizim öndə və arxada böyük ara məsafəmiz vardır. Ona görə də, mən risq etmirəm və sədəcə öz tempimdə gedirəm». Toyota pilotları ikinci yerdən dördüncüyə qədər yerləri zəbt ediblər.
Buna baxmayaraq Esapekka Lappi komanda yoldaşlarından çox geridə qalıb. İlk onluğu WRC2 kateqoriyasının lideri Yan Kopeski tamamlayır.