Mercedes-Benz şirkətinin rəhbəri Ola Kallenius nədən yeni EQS elektromobilinin arxa görüntü kameraları ilə təchiz edilmədiyini izah edib. Alman firmasının başçısı xarici kameralardan alınan təsvirin davamlı olaraq göstərildiyi iki monitor ucbatından müştərilərin əksər hissəsinin ürəklərinin bulandırğını söyləyib.
Görünən odur ki, sürücü və sərnişinlərin potensial ürəkbulanması Mercedes-Benz şirkətinin yan güzgüləri əvəz edən kameralara qarşı yeganə dəlili deyil. Görüntünün davamlı ötürülməsi enerji sərfinə yol açır və görüntünün göstərilməsinə sərf olunan enerji aerodinamikadakı qazancı sıfıra endirir.
Hələlik, Mercedes-Benz yan kamera texnologiyasını minik avtomobilləri üçün yararsız hesab edir, lakin gələcəkdə şirkət bu həll yoluna qayıda bilər, çünki Daimler Trucks “yük” bölməsi arxa görüntü güzgülərinin yerinə kameraları olan seriya yük avtomobillərini uğurla istehsal edir.
Ənənəvi güzgülər yeni Mercedes-Benz EQS modelinə mane olmayıb - hətta, belə konfiqurasiyada mühəndislər kütləvi avtomobillər üçün rekord sayılacaq aerodinamik müqavimət əmsalını (Cx=0.202) əldə etməyə müvəffəq olublar.