Son zamanlar Formula 1 çempionatının texniki reqlamentidə edilmiş dəyişikliklər, açığını desək, bu çempionatın fanatları tərəfindən soyuq qarşılanmaqdadır. Formula 1 çempionatını işləyən azarkeşlərin əksər hissəsi, hətta, köhnə texniki reqlamentə qayıtmağın tərəfdarı olduqlarını bildirməkdədirlər. Özü də bu fikri əski tərəfdar kütləsi ilə yanaşı yeni nəsil tərəfdarlar da dəstəkləməkdədirlər. Digər bir mübahisə predmeti isə, sürücünün başını qoruyacaq sistemlər haqqında olan düşüncələrdir.

Türkiyəli dizayner Olcay Tuncay Karabulut da bu məsələyə öz münasibətini bildirmək və Alfa Romeo markasının F1 treklərinə geri dönəcəyi haqqında söz-söhbətləri bir qədər də canlandırmaq üçün xüsusi bir layihə hazırlamışdır.

Bildiyimiz kimi, FCA ittifaqının başçısı Sercio Markionne Alfa-Romeo markasının öz mühərrikini istehsal etdiyi kimi, öz şassisini də istehsal edə biləcəyini söyləmişdir.

Bu layihədə o italyan markasının gələcək bolidinın formaları barədə olan düşüncələri barədə F1 tərəfdarları ilə bölüşmək arzusunda olduğunu bildirmişdir. Türkiyəli dizaynerin fikricə bu bolid məhz F1 tərəfdarlarının treklərdə görmək arzusunda olduğu bolidlərdən biridir.

1000 at qüvvəsi gücünə malik olan mühərriklə hərəkətə gələn Alfa Romeo AW30, sürücünün başının qorunması üçün Ferrari və Red Bull komandaları tərəfindən təklif edilən sistemlərdən tamamilə fərqlənir. Türkiyəli dizayner iki komandadan fərqli olaraq, bolidin üzərini tamamilə örtməyi təklif edir. Karabulutun fikrincə Alfa Romeo AW30 bolidi pilotların təhlükəsizliyini tam təmin edə bilər. Bundan əlavə, görüdüyümüz kimi, təsvir edilmiş bolid 2017-ci ildə qüvvəyə minən texniki reqlamentə uyğun olaraq iri şassiyə və genişlənmiş arxa şinlərə malikdir.

Lakin, Olcay Tuncay Karabultun layihəsinin həyata keçmə şansının qarışını alan yeganə amilin qəza zamanı pilotun qısa müddətdə kokpiti tərk etməsi üçün FİA tərəfindən qəbul edimiş normativlərin olacağını söyləmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt