Brendin Avstraliya filialının nümayəndəsi yerli “Car Expert” nəşrinə Mercedes-Benz CLS modelinin istehsalının avqust ayında başa çatacağını və artıq bu sedana sifarişlərin qəbul edilmədiyini bildirib. Potensial alıcılara yeni E-Class modelinə diqqət yetirmələri tövsiyə olunur. CLS ailəsinin davamçısı olmayacaqdır. Digər bazarlarda sedan hələlik konfiquratorda qalır, lakin satışlara xitam verməsi zaman məsələsidir.

Mercedes-Benz şirkəti kupeşəkilli CLS sedanını 2005-ci ildə çeşidə əlavə edib və 18 il ərzində bu model iki dəfə nəsil dəyişdirib.Lakin ikici iterasiya xalq arasında “Olivye” kimi tanınan ilk versiya qədər uğurlu alınmadı. İki il əvvəl keçirilmiş restaylinq də vəziyyəti dəyişməyib, ona görə də CLS modelinin istefası sürpriz olmalı deyil.

Əvvəlcə alman şirkətinin CLS modelindən 2024-cü ildə yaxa qurtacağı gözlənilirdi, lakin ilkin olaraq  C və E-Class modellərinin ikiqapılı versiyaları ixtisara düşəcəklər. Həmçinin "kiçik" A və B-Class modellərinin varisləri olmayacaq: yığcam Mercedes seqmenti kiçiləcək və diqqət marjinal AMG və Maybach, habelə Mythos ultra lüks kolleksiya avtomobilləri xətlərinin inkişafına yönəldiləcəkdir.

Mercedes-Benz CLS modelinə alternativ yeni E-Class sedanı ola bilər. Biznes sedanı müxtəlif dizaynlı kuzov dəstləri ilə təklif olunacaq və bəzi bazarlarda hətta baza modeli belə altısilindrli mühərrikləri qoruyub saxlayacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.