Dünən yeni nəsil Mercedes-Benz CLS-Class modelinin cüzi kamuflyajla olan şəkillərini dərc etmişdir. Bu gün isə Carbuyer nəşri avtomobilin yeni təsvirlərini dərc edib. Təsvirərdən göründüyü kimi, yeni CLS Mercedes-AMG GT üslubunda ön hissəyə və alman markasının kupelərinə xas olan arxa işıq texnikasına malik olacaqdır.

Sələfi kimi, yeni Mercedes-Benz CLS-Class da Mercedes-Benz E-Class modelinin bazasında inşa edilibdir. Yeni təsvirlərdə avtomobil ön panelini daha dəqiq görüntülənib və yeni modelin interyerinin də yeni E-Class modeli ilə bənzərlik daşıdığı açıq-aydın görünür. Cihazlar panelindəki EQ yazısının qarşımızda modelin hibrid güc qurğusu ilə təchiz edilmiş AMG modifikasiyasının olduğuna işarə edir. Autocar saytı yeni CLS modelinin 295 at qüvvəli dörd silindrli və 362 at qüvvəli altı silindrli benzin turbomühərrikləri ilə təchiz ediləcəyini bildirib.

Avtomobilin AMG bölməsi tərəfindən hazırlanmış variantının isə 429 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Dizel mühərriklərinə gəldikdə isə, başlanğıc modeli 241 at qüvvəli dörd silindrli mühərriklə təklif ediləcəkdir. Eyni zamanda, modelin mühərrik çeşidinə 281 və 335 at qüvvəsi hasil edən sıralı altı silindrli mühərriklərin də daxil olacağı güman edilir. Yeni nəsil Mercedes-Benz CLS-Class modelinin rəsmi təqdimat mərasimi bu ilin noyabr ayında keçiriləcək Los-Anjeles avtosalonunda keçirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt