OmniAuto nəşrinin mütəxəssisləri növbəti nəsil BMW X3 haqqında görüşlərini əks etdirən renderi hazırlamışdırlar. Bu render bizə tanış cizgilər olan dizaynı nümayiş etdirir. Krossover iri ölçülü radiator barmaqlığını və onun ətrafında yerləşən işıqdiodlarından hazırlanmış işıq texnikasını və yumru formalı duman əleyhinə fənərləri göstərir.
Bundan əvvəl, yeni avtomobilin kamuflyaj edilmiş variantının cəsuslar tərəfindən çəkilmiş fotoşəkillərində krossoverin baqaj bölümünün qapağı üzərində bərkidilmiş spoyler və cütlənmiş boruları olan səsboğucu sistemin olduğu açıq-aşkar görünür. Yeni avtomobilin salonunda üçqollu sükan çarxının və rəqəmsal cihazlar panelinin olacağı da ehtimal olunur. Növbəti nəsil X3 krossoveri əvvəl olduğu kimi, iki litrlik dörd silindirli mühərriklə və üç litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Bundan başqa, bir neçə güclü mühərrikin də təklif ediləcəiyi istisna edilmir.
Bir müddət bundan öncə, BMW X3 krossoverinin növbəti nəslinin 2017-ci ildə Detroytda keçiriləcək avtosalonda təqdim ediləcəyi söylənilsə də, digər mənbələr onun 2017-ci ilin ortalarında təqdim ediləcəyini bildirmişdir.

