Opel şirkəti Adam şəhər hetçbekinin Black Jack adlı xüsusi variantını təqdim etmişdir. Alman istehsalçısının model cərgəsindəki kiçik avtomobillərdən biri olan Adam hetçbeki iki rəngli eksklyuziv sxemə malik olan kuzova sahibdir.

Alman istehsalçısı Black Jack xüsusi variantını, Adam S və Adam Rock da daxil olmaqla, Opel Adam modelinin bütün modifikasiyaları üçün nəzərdə tutulduğunu bildirmişdir.

Özü də avtomobilin aşağı hissəsi 3-qapılı modelin rəng palitrasında olan istənilən rəngə boyana bilər. Bununla belə, yan güzgülərin gövdələri, dayaqlar, kapot və dam qara rəngə boyanacaqır. Bu ana qədər Opel şirkəti Adam Black Jack modelinin qiymətini açıqlamamışdır.

Opel Adam modeli 70 - 150 at qüvvəsi arasında gücü olan mühərriklər ilə təchiz edilir. Güc aqreqatları mexaniki və avtomatik ötürmələr qutuları ilə tandemdə çalışırlar. Adi hetçbekin Almaniya bazarındakı satış qiyməti 11950 avrodan başlayır.

Image alt Image alt Image alt Image alt Image alt