Yeni L nəslindən olan Opel Astra hetçbekinin ardınca onun universal kuzovlu versiyası - Astra Sports Tourer modeli debüt edib. Bu, müasir Astra modelinin yeganə başqa kuzova malik olan versiyasıdır: bundan sonra Astra modeli nə sedan, nə də ki, üçqapılı kuzovla buraxılmayacaq. Xatırladaq ki, yeni Opel Astra fransız EMP2 modul platformasına əsaslanır, həmçinin hetçbek və universal kuzovunda buraxılan Peugeot 308 modelinin yaxın qohumudur.

Əgər əvvəllər Astra hetçbek və universalı eyni təkər bazasına malik idilərsə, indi Opel şirkəti H nəslindən olan modellərdə tətbiq edilmiş həll yoluna qayıdıb. Hetçbek ilə müqayisədə, yeni universalın təkər bazası 57 millimetr (2732 millimetr) artırılıb. Bu, yola saldığımız K nəslindən olan universalda olduğundan 70 millimetr çoxdur. Buna baxmayaraq, universalın kuzov çıxışları daha qısa olub, odur ki, onun uzunluğu 4702-dən 4642 millimetrə qədər azalıb. Müqayisə üçün, hetçbekin uzunluğu 4374 millimetrdir.

Baqaj bölməsi hiss olunacaq dərəcədə tutumlu olub: pərdənin altındakı həcm əvvəli 540-dan 608 litrə qədər artırılıb. İkinci cərgənin qatlanması halında əldə edilən həcm demək olar ki, dəyişməyib: 1630-a qarşı 1634 litr. Opel Astra Sports Tourer artıq standart olaraq arxa oturacağın üç bölməli kürək hissəsi (ənənəvi 40:20:40 nisbətində) və baqajın Intell-Space adlı iki səviyyəli döşəməsi ilə təklif olunur.

Dərman qutusu və şinlərin təmir dəsti üçün ayrıca məkan nəzərdə tutulub ki, buraya həm baqajdan, həm də salondan giriş mövcuddur. Yükləmə hündürlüyü 600 millimetrdir, beşinci qapının elektrik ötürməsini arxa bamperin altına “təpik” vurmaqla aktivləşdirmək olar.

Universalın mühərrik çeşidi hetçbeklə eynidir: universal üçün də 110 və ya 130 at qüvvəli 1,2-litrlik üçsilindrli benzin turbomühərriki və 130 at qüvvəli 1,5-litrlik dördsilindrli turbodizel təklif edilir. Bütün mühərriklər start-stop funksiyasına malikdirlər. Transmissya – 6-pilləli mexaniki ötürmələr qutusudur. 130 at qüvvəli avtomobillər üçün 8-pilləli “avtomatı” sifariş etmək olar.

Qoşulan hibridlər 110 at qüvvəli elektromotor quraşdırılmış 8-pilləli “avtomat” ilə tandemdə çalışan 150 və ya 180 at qüvvəli 1,6-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilirlər.Belə universallar sırf elektrik ötürməsi ilə də hərəkət edə bilirlər, lakin dartma batareyası ucabtından həcmi azalmış (548 - 1574 litr arasında) baqaj bölməsinə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opel Astra hetçbeki Avropa bazarında gələn ilin yanvar ayında satışa çıxarılacaqdır. Universalın bazar debütü isə yalnız yayın əvvəlində baş tutmalıdır. Onun ardınca Asta ailəsi Astra-e (2023-cü ildə gözlənilir) elektrik versiyası ilə və güclü Astra OPC hibridi (rəsmi olaraq təsdiqlənməyib) tamamlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.