Opel şirkəti beşqapılı Astra modelini 1,6-litrlik iki turbikompressorlu dizel mühərriki ilə təchiz etməyə başlaməşdır. Yeni turbodizel mühərrikinin gücü 160 at qüvvəsinə, fırlanma anı isə 350 Nm-ə bərabərdir. Yeni mühərrik yalnız altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Bu tandem hetçbekə 100 km/saat həddinə 8,6 saniyəyə sürətlənməyə imkan yaradır. 80 km/saatdan 120 km/saat həddinə kimi sürətlənməyə isə 7,5 saniyə tələb olunur. Avtomobilin maksimal sürəti 220 km/saata bərabərdir. Olep Astra 1.6 TDi modelinin qarışıq rejimdə yanacaq sərfiyyatı 10 kilometrə 4,0 - 4,1 litr təşkil edir.
Artıq Almaniyada yeni dizel turbomühərriki ilə təchiz edilmiş Astra modelinin sifarişlərinə start verilmişdir. 160 at qüvvəli dizel variantın qiyməti 27310 avrodan başlayır. Yeni mühərrikin bir müddət sonra Astra Sport Tourer modifikasiyasına quraşdırılacağı da ehtimal olunur.
Xatırladaq ki, bu il Cenevrə avtomobil sərgisində Opel Astra modeli Avropanın 22 ölkəsini təmsil edən 58 jurnalisti tərəfindən«İlin avtomobili» müsabiqəsinin qalibini elan edilmişdir. Astra modeli 309 xal yığaraq Volvo XC90, Mazda MX-5, Audi A4, Jaguar XE, Şkoda Super və BMW 7-Series modellərini üstələmişdi.