Opel AG şirkətinin rəhbəri Karl-Tomas Neumann «Cenevrə avtosalonunda bizdən gözləmədiyiniz bir konsept göstərəcəyik» kəlməsi ilə yeni avtomobil barədə söz-söhbətə səbəb olmuşdur. Şirkət daxilindəki mənbələrin sözlərinə görə, söhbət GT modelinin konseptindən gedor. Bu avtomobil ideoloji baxımdan 2008-ci ilin GT modelindən daha çox, alman istehsalçısının 1968-ci ildə buraxdığı GT modelinə yaxın olacağı bildirilir. Bunun dolayı təsdiqi kimi, Neumann’nın bu rariteti əldə etdiyi və onunla klassik avtomobillərin Hamburg-Berlin yarışına qatıldığı faktını göstərmək olar.

«Bu avtomobilin sizin bəyənib və yaxud bəyənməyəcəyiniz mənə çox maraqlıdır. İnanıram ki, siz də mənim kimi heyranlıq duyacaqsınız» - deyən Neumann yeni avtomobilə məftun olduğunu bildirmişdir.

Mənbənin bildirdiyi məlumata görə, oturacaq formulu 2+2 olan konsept Astra modelinin bazasında hazırlansa da, zahiri cəhətdən donorundan daha cəlbedici olacaqdır. 

Avtomobilin seriya variantının 2018-ci ilə hazır olacağı bildirilir. Avtomobilin 150 - 300 at qüvvəsinə malik olan bir neçə turbomühərriklə təchiz olunacağı və 25 min avroya satılacağı qeyd edilir.

Image alt Image alt Image alt Image alt