Bu gün Opel şirkəti rəsmi olaraq altıncı nəsil Corsa modelini təqdim edib. PSA konserninin patronajı altında yaradılmış yeni Opel Corsa elektrik mühərriki ilə təchiz edilmiş Corsa-e modifikasiyasında debüt edib.
Common Modular Platform (CMP) modul platformasında inşa edilmiş altıncı nəsil Corsa əsasən Peugeot 208 hetçbeki ilə unifikasiya edilib. İki model arasındakı yeganə fərq onların kuzovu və interyerindədir. Avtomobil aləmində cərəyan edən tendensiyaların əksinə olaraq yeni Corsa sələfindən iri olmayıb. Hetçbekin qabarit uzunluğu 39 millimetr, təkər bazası isə 28 millimetr artıb. Bunun əksinə, avtomobilin hündüylüyü 48 millimetr azalıb. Hetçbekin yeni nəsli yalnız beşqapılı kuzovla təklif ediləcəkdir. Üçqapılı variant tarixin arxivlərinə göndərilib.
Peugeot 208 modeli avanqard interyerə malik olsa da, Opel Corsa alman avtomobillərinə xas olan ciddiliyi qoruyub-saxlayıb. Salondakı qeyri-adi formalı element Peugeot modellərindən alınmış ötürmələr qutusunun selektorudur. Opel şirkəti Corsa modeli üçün zəngin təchizat hazırlayıb. Məsələn, virtual cihazlar paneli artıq standartdır. Opsiyalar siyahısında isə, 10-düymlük ekrana malik olan multimedia sistemi, dəri salon, adaptiv kruiz-kontrol və IntelliLux matrisalı fənərlər vardır.
Hələlik, modelin Corsa-e elektrik modifikasiyası təqdim olunub. Elektrokar 136 at qüvvəsi və 260 Nm fırlanm anı hasil edən elektromühərrik ilə hərəkətə gəlir. Model üç hərəkət rejiminə malikdir: Eco, Normal və Sport. Corsa-e 100 km/saat həddinə 8,1 saniyəyə sürətlənir. Güc aqreqatı salon döşəməsinin altında yerləşdirilmiş 50 kilovat-saatlıq batareyadan qidalanır. Elektrokarın yürüş məsafəsi 330 kilometr (WLTP) bəyan edilib. Standart olaraq elektromobil 11 kilovatlıq elektrik yükləmə qurğusu ilə təchiz edilir. 100 kilovatlıq terminaldan batareyanın 80%-nin doldurulmasına yarım saat tələb olunur.
Daxili yanacaq mühərrikləri ilə təchiz edilən Opel Corsa modelləri bir neçə həftədən sonra təqdim ediləcəkdirlər. Yeni Corsa əvvəlki kimi Saraqosadakı (İspaniya) zavodda istehsal ediləcəkdirlər. Modelin satışlarına payızda başlanacaqdır.