Opel Corsa modeli yenilənib, yeni görünüşə və təkmilləşdirilmiş "içalata" sahib olub. Hetçbekin hər iki versiyası (daxili yanma mühərrikli və sırf elektrik) Vizor adlı firma ön panelini alaraq əhəmiyyətli dəyişikliklərə məruz qalıblar.
Bundan başqa, modellərin elektronikası və interyer dizaynı yeniləyib, mühərrik çeşidində isə, ilk dəfə olaraq 48 voltluq üst quruma malik olan “yumşaq” hibridlər peyda olub. Elektrik versiyası daha güclü və uzunmənzilli olub, üstəlik adını Corsa-e-dən Corsa Electric-ə dəyişib.
“Böyük” Opel modellərindən köçən Vizor paneli ilə birlikdə, 2024-cü model ilinin Corsa modeli ayrı-ayrılıqda idarə edilən 14 elementi olan matrisa fənərlərini alıb. Brend nümayəndələrinin bildirdiyinə görə, onlar nəinki “stadiondakı kimi parlaqlığı” təmin edir, həm də qarşıdan gələn sürücüləri daha dəqiq qeydə alaraq onların gözlərini qamaşdırmırlar.
Arxa tərəfdə, bu modelin 40 illik yubileyinə həsr olunmuş Corsa 40 Years seriyasından olan hetçbeklərin aldığı “Corsa” yazısını görmək olar. Nişanlar qara və ya tutqun gümüş rəngdə təklif olunur, yeni Grafik Grey kuzov rəngi isə qara dam ilə birləşdirilir.
Salon demək olar ki, tam şəkildə restaylinqdən əvvəlki Corsa modelindən götürülüb. Oturacaqların forması, ötürmələr qutusunun dəstəyi və sükan çarxı dəyişdirilib. Bundan əlavə, hetçbek Qualcomm şirkətinin Snapdragon prosessoru, 10-düymlük ekranı, təkmilləşdirilmiş qrafikası və quraşdırılmış süni intellektə malik olan yeni media sistemi alıb. Android Auto və ya Apple CarPlay vasitəsilə qoşulmuş smartfonları simsiz doldurmaq olar.
Yenilənmiş Corsa hetçbekinin mühərrik çeşidində - 1,2-litrlik mühərrikə əsaslanan 100 və ya 136 at qüvvəli "mülayim hibridlər" var. Onlar yeni iki muftalı avtomatik transmissiya ilə tandemdə çalışırlar. Çeşiddə 98 və 128 at qüvvəli elektrikləşdirilməmiş turbomühərriklər, eləcə də 74 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki də qalacaqlar.
Corsa Electric elektrokarı əhəmiyyətli dərəcədə təkmilləşdirilib: baza versiyasında o 136 at qüvvəli mühərriklə təklif olunacaq, lakin onun yürüş ehtiyatı 357 kilometrə qədər artırılacaqdır. Alternativ kimi 156 at qüvvəli versiya təklif edilir ki, belə versiya dolu batareya ilə 402 kilometr məsafə qət edə bilər. Ekspress yükləmədən istifadə etməklə Corsa elektrokarının enerji ehtiyatını yarım saat ərzində 20-dən 80 faizə qədər artırmaq mümkün olacaqdır.
Yenilənlmiş hetçbekin satışlarına 2023-cü ilin dördüncü rübündə start veriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.