Opel şirkəti liftbək və universal kuzovlarında təklif edilən Insignia modelinin istehsalını bu il dayandırmaq qərarına gəlib: Almaniyanın Rüsselshaym şəhərində yerləşən zavoddakı istehsal prosesinə vaxtından əvvəl, yəni bu il son veriləcəkdir. Insignia birbaşa varisi olmadan istefaya göndərilir, bununla yanaşı, Opel şirkəti 2025-ci ildə tam yeni elektrik krossoverini bazara çıxaracağını vəd edib. Yeni elektrokrossoverin istehsalı Stellantis konserninin İtaliyadakı müəssisəsində təşkil olunacaqdır.
Alman “Automobilwoche” nəşrinin bildirdiyinə görə, Opel şirkəti 2017-ci ildən istehsal edilən ikinci nəsil Insignia modelinin həyat dövrünün başa çatmasını gözləmək istəməyib. İlkin olaraq 2024-cü ildə gözlənilən istefanı 2022-ci ilə keçiriblər.
Insignia modeli Opel şirkətinin PSA konserninin qanadı altına keçməsindən əvvəl hazırladığı sonuncu modeli idi. Qohum Holden Commodore və Buick Regal modelləri artıq konveyerdən çıxarılıblar, bu ilin may ayında isə, alman avtomobil istehsalçısı Böyük Britaniyada Vauxhall markası altında satılan Insignia modelinin buraxılışını dayandırdığını elan edib.
Beləliklə, yaxın bir neçə il ərzində Opel markasının model xəttində D sinifli avtomobillər olmayacaqlar. Lakin bu onilliyin ortalarına qədər bazarda eVMP platformasında (indiki EMP2 arxitekturasının elektrik versiyası) inşa ediləcək krossover və ya kross-vanın debüt edəcəyi gözlənilir. Yeni Opel modelinin modifikasiya çeşidində elektrikləşdirilməmiş versiya olmayacaqdır - o, yalnız hibrid və elektrik güc qurğuları ilə təklif ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.