Opel şirkəti növbəti nəsil İnsignia modelinin ön fənərinin fotoşəklini dərc etmişdir. Avtomobil işıqdiodlarından hazırlanmış matrisa tipli IntelliLux fənərləri ilə təchiz edilir. Bu fənərlər Astra modelinin yeni nəsli ilə birlikdə debüt etmişdir.
Opel Astra modelindəki IntelliLux fənərlərindən fərqli olaraq, İnsignia modelindəki fənərlər yenilənməyə məruz qalmışdır. İnsignia modelində 32 işıqdiodından istifadə olunur ki, bu da işıq dəstəsinin daha yaxşı bölünməsini, müxtəlif yol vəziyyətlərinə effektiv şəkildə uyğunlaşmasını və daha işıqlı görüntünü təmin edir. Uzaq işığın yandırılması halında sürücü 400 metrlik məsafədəki maneələri görə biləcəkdir. Fənərlər döngələri işıqlandıra və avtomatik olaraq uzaq işığa keçə bilərlər. Əks istiqamətdə gələn avtomobil olduqda, onun sürücüsünün gözünün qamaşmasını aradan qaldırılması üçün bəzi işıqdiodları sönəcəkdir. Yeni nəsil Opel İnsignia modelinin rəsmi təqdimat mərasimi gələn il keçiriləcək Cenevrə avtosalonunda baş tutmalıdır. Hətçbek kuzovlu model Grand Sport, universal - Sport Tourer, yüksək keçimli universal isə Country Tourer adlandırılacaqdır. Bununla belə, İnsignia modelinin sedan kuzovu ilə təklif ediləcəyi sual altındadır. Yeni avtomobil sələfindən 175 kiloqram yüngül olacaqdır.