Opel şirkətinin General Motors konsernindən satın alınması PSA Peugeot Citroen qrupunu iki milyard dollara başa gələ bilər. Bloomberg agentliyinin mənbələrinin verdiyi məlumata görə, sövdələşmə bu həftənin sonunda reallaşacaqdır.
Ümumi məbləğin bir milyardı səhmlərin ödənişinə, qalan hissəsi isə borcların ödənilməsinə yönəldiləcəkdir. Bununla belə, agentlik sövdələşmənin yekun məbləğinin təyin edilmədiyini bildirmişdir. Şirkətlər bütün şərtləri razılaşdırdıqdan sonra Opel markasının fransızlara satıldığını elan edəcəklər. Deyilənlərə görə, bəyanat 23 fevral tarixində veriləcəkdir. Eyni zamanda, danışıqların gedişatından xəbərdar olan mənbə bu tarixin yekun tarix olmadığını da söyləmişdir.
Opel şirkətinin PSA Peugeot Citroen qrupuna daxil olması halında, fransuz qrupunun icraçı direktoru Karlos Tavesin alman şirkətinin də rəhbəri olacaöı bildirilmişdir. İlk dəfə General Motors konserninin Opel şirkətini fransızlara satacağı barədə məlumat fevral ayının 14-də peyda olmuşdu. O zaman PSA Peugeot Citroen qrupundakı mənbə fransızların amerikalılarla alman şirkəti ilə əməkdaşlığı genişləndirmək barədə danışıqlıqlar apardığını bildirmişdir.